Azərbaycanın elektron florası hazırlanır

Azərbaycanın elektron florası hazırlanır

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Hazırda Azərbaycanın elektron florasının hazırlanması istiqamətində məqsədyönlü işlər aparılır.

Trend-in məlumatına görə, bunu AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə deyib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan florasının təbii, ksenofit və adventiv vaskulyar (damarlı) bitkilərinin mövcud müasir təsnifat və nomenklaturaya uyğun məlumat siyahısı tərtib olunur.

V.Əlizadə mövcud rejim ilə əlaqədar olaraq institutun 2020-ci il üçün təsdiq edilmiş elmi-tədqiqat planına uyğun eksperimental işlərin davam etdirilməsinin qeyri-mümkün olduğunu söyləyib:

“Lakin əməkdaşlar eksperimental nəticələrin təhlili, məqalələrin işlənilməsi, yeni ədəbiyyat materialları üzrə müvafiq xülasələrin hazırlanması və s. kimi nəzəri işləri yerinə yetirirlər”.

Share