Azərbaycanın məşhur mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə İçərişəhər barəsində video-təbrik hazırlanıb

Azərbaycanın məşhur mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə İçərişəhər barəsində video-təbrik hazırlanıb

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Məlumdur ki, bu il “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Azərbaycan xalqının milli sərvəti olan İçərişəhərin Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası ilə birlikdə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi kimi tarixi və əlamətdar hadisənin 20 illiyini qeyd edir. Tarixi abidələrlə zəngin olan qədim şəhər özü özlüyündə bir muzey və tariximizin daş yaddaşı hesab olunur. ⠀

Trend-in məlumatına görə, hər il 18 aprel “Tarixi vətənimizi qoruyaq” şüarı altında Beynəlxalq Abidələr və Tarixi Yerlər günü kimi əksər dünya ölkələrində, eləcə də, Azərbaycanda qeyd edilir və dünya mədəni irsi kimi tanınır.

Bu əlamətdar gün 1982-ci ildə YUNESKO-nun nəzdində yaradılan ICOMOS-Abidələrin və Tarixi Yerlərin Qorunması üzrə Beynəlxalq Şura tərəfindən təsis edilmişdir və artıq 38 ildir ki, hər il qeyd olunur.

“İçərişəhər” DTMQİ bu münasibətlə ICOM, OWHC, NEMO kimi beynəlxalq təşkilatların nümayəndələrinin, eləcə də, Azərbaycanın məşhur mədəniyyət və incəsənət xadimlərinin İçərişəhərlə bağlı dəyərli fikir və təbriklərinin yer aldığı video-təbrik hazırlayıb. ⠀

Xalqımızın qürur mənbəyi olan “Muzey şəhərə” ünvanlanmış video-təbriklərdə iştirak edən hər kəsə dərin təşəkkürümüzü bildirir və video-çarxları diqqətinizə təqdim edirik.

Share