Azərbaycanın sabiq xarici işlər naziri öldü

30.01.2020 Off By Füzuli İsmayılov

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Qasımov vəfat edib.

O, İsveçrədə 82 yaşında dünyasını dəyişib. Sabiq nazir uzun illərdir bu ölkədə yaşayırdı.

Qeyd edək ki, T.Qasımov 1938-ci ildə Ağstafa rayonunda anadan olub. O, 1992-1993-cü illərdə Azərbaycanın Xarici İşlər naziri vəzifəsində çalışıb. T.Qasımov uzun illərdir ailəsi ilə birlikdə İsveçrənin Lütsern şəhərində yaşayırdı.//Report.az

 

Share