«Azərişıq»ın sədr müavini Cəlilabadda vətəndaşları qəbul edəcək

28.11.2019 Выкл. Автор admin

Sabah saat 10:00-da «Azərişıq» ASC-nin sədrinin müavini Ramil Yusifov Cəlilabadda vətəndaşları qəbul edəcək.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, qurumun Cəlilabad şəhərində yerləşən inzibati binasında keçiriləcək qəbulda Cəlilabad və Biləsuvar rayonlarının sakinləri iştirak edə bilər.

 

Qəbul zamanı ASC-nin fəaliyyət istiqaməti üzrə şikayət və təkliflər dinlənəcək.

Share