Bəhruz Məhərrəmov: Azərbaycan dövləti koronavirusla mübarizədə prioritetlərini düzgün müəyyən edib

Bəhruz Məhərrəmov: Azərbaycan dövləti koronavirusla mübarizədə prioritetlərini düzgün müəyyən edib

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bu gün dünyada elə bir dövlət yoxdur ki, pandemiyanın doğurduğu dilemma qarşısında çətin durumda qalmasın. Ancaq Azərbaycan dövləti koronavirusla mübarizədə prioritetlərini düzgün müəyyən edib.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

B.Məhərrəmov bildirib ki, Prezident İlham Əliyev son iclasda açıq şəkildə elan etdi ki, “Bizim üçün prioritet məsələ, insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.”

Deputat vurğulayıb ki, Azərbaycan dövləti müasir insan indeksi şərtləri çərçivəsində yanaşma nümayiş etdirməklə koronavirusla mübarizəyə 1:0 öndə başlayıb:

“İnsan tandemi sağlamlıqdan başlanır, daha dəqiqi yaşamaq hüququndan. Yaşamaq hüququ yalnız təcavüzkar hərəkətlərdən deyil, habelə hərəkətsizlikdən müdafiə olunmalıdır. Bu anlamda, Azərbaycan dövləti hərəkətsiz qalmayaraq, əsas gücünü vətəndaşın yaşamaq hüququna təhdid yaradan koronavirus infeksiyası ilə mübarizəyə yönəltdi.

Share