Bərdədə karantin rejimini pozaraq sərnişin daşıyan sürücü həbs edilib

Bərdədə karantin rejimini pozaraq sərnişin daşıyan sürücü həbs edilib

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bərdədə karantin rejimini pozaraq sərnişin daşıyan sürücü həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində elan edilmiş karantin rejimi qaydalarını pozaraq Bərdə rayonundan Bakıya gətirmək üçün sərnişin daşımağa cəhd edən rayon sakini Elşən Abdullayev saxlanılıb. O, idarə etdiyi “Reno” markalı avtomaşınla sərnişinləri Bakıya gətirəcəyini vəd edərək, kəndarası yollarla rayondan çıxmağa cəhd edib. Polis əməkdaşları tərəfindən saxlanılan E. Abdullayev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məhkəmənin qərarı ilə 30 sutka həbs edilib.

Share