Bəxtiyar Sadıqov: Dövlət başçısının tapşırığı ilə həssas təbəqə olan yaşlı insanların evdə qalmaları üçün onlara bütün şərait yaradılıb

Bəxtiyar Sadıqov: Dövlət başçısının tapşırığı ilə həssas təbəqə olan yaşlı insanların evdə qalmaları üçün onlara bütün şərait yaradılıb

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Prezident İlham Əliyevin tapşırığı ilə həssas təbəqə olan yaşlı insanların evdə qalmaları üçün onlara bütün şərait yaradılıb. 15 mindən artıq 65 yaşdan yuxarı vətəndaşlara evlərində xidmət göstərilməsi alqışlanmalıdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin vaxtında sərhədlərin bağlanması və insanların özünü təcrid etməsi üçün verdiyi qərarlar səmərəli oldu:

“Nəticədə bu gün Azərbaycan virusdan ən az zərər çəkən ölkələr sırasındadır. Bu, cənab Prezidentin müdrikliyi və düşünülmüş qərarları sayəsində oldu. Koronavirusla bağlı mübarizə çox çətin prosesdir. Bütün dünya, o cümlədən Azərbaycan indiyə qədər gözləmədiyi və düşmədiyi vəziyyətlə üzləşdi. Dünyanın əksər inkişaf etmiş nəhəng dövlətləri bu virusa qarşı mübarizədə aciz vəziyyətə düşdü. Bu proses dünya üçün bir sınaq oldu, dünyanın kiçik bir hissəsi olan Azərbaycandan da yan keçmədi. Amma Azərbaycan Prezidentinin vaxtında verdiyi qərarlar, qabaqlayıcı tədbirlər qısa müddətdə müsbət nəticəsini verdi. Dövlət başçısı Azərbaycan xalqına müraciət etdi, əhalinin evdə qalmasını tapşırdı, ölkədə müəyyən qadağalar qoyuldu”.

Millət vəkili deyib ki, Prezidentin qabaqlayıcı tədbirləri nəticəsində Azərbaycanda virusun sürətli yayılmasının qarşısı alındı:

Share