Bacılardan Sevilin ərə getmə xəbərinə  reaksiya

Bacılardan Sevilin ərə getmə xəbərinə reaksiya

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Əkiz bacılardan biri, müğənni Sevil Səfərovanın ərə getməsi xəbəri yayılıb.

Axşam.az-ın məlumatına görə, sənətçi naxçıvanlı iş adamı ilə nikaha girib. Əkizlər bunla bağlı məsələyə münasibət bildiriblər. Onlar toy xəbərinin yalan olduğunu iddia ediblər:

“Səhər-səhər bizi yuxudan gözəl xəbərlə oyadıblar. Sən demə, Sevilin toyu olub. Amma bu xasiyyətlə səni çətin kimsə ala, Seva. Allah ağzınızdan eşitsin. İnşallah, doğru olsun. O iş adamı kimdirsə, deyin, karantində ailəyə baxsın. Kimdirsə, onu mənə çağırın gəlsin”.

Qeyd edək ki, ifaçının ərə getmə xəbərini “Qafqazinfo” saytı yazıb. Bildirilib ki, Sevilin nikahı evdə, ailə arasında baş tutub.

Share