Bakı Ali Neft Məktəbində onlayn imtahanlara start verilib

Bakı Ali Neft Məktəbində onlayn imtahanlara start verilib

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakı Ali Neft Məktəbində (BANM) 2019/2020-ci tədris ilinin yaz smesterinin bütün dərslərini başa vuran tələbələr üçün Final imtahanı onlayn qaydada təşkil edilib.

BANM-dan Trend-ə bildirilib ki, ilk olaraq final imtahanları Neft-Qaz mühəndisliyi və Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının V kurs tələbələri üçün keçirilib.

“Mülki müdafiədə tibbi yardımın əsasları” fənnindən keçirilən imtahanda 70 nəfərə qədər tələbə iştirak edib. 3 saat davam edən imtahanda tələbələr 25 sualı cavablandırıblar.

İmtahanlar LMS (Learning Management System – Öyrənmənin İdarəolunması Sistemi) sistemi üzərindən reallaşdırılıb.

Share