Bakı şəhərinin küçə və yollarında orta təmir işləri aparılıb

Bakı şəhərinin küçə və yollarında orta təmir işləri aparılıb

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhərinin küçə və yollarında orta təmir işləri aparılıb.

Agentlikdən APA-ya verilən məlumata görə, təmir işləri uzun müddət istismar nəticəsində yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmiş Yasamal rayonu, Əbdülvahab Salamzadə və Mikayıl Müşfiq küçələri, Bakı Dairəvi-1 avtomobil yolunun əsas və köməkçi hissələrində, Ziya Bünyadov və Qara Qarayev prospektləri, həmçinin Binəqədi-Novxanı və Masazır –Novxanı avtomobil yollarında görülüb.

Təmir işləri zamanı çatlar əmələ gəlmiş hissələrdə köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Asfaltlanma işləri ümumilikdə 60 min kv.m-dən çox sahəni əhatə edib.

Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilib.

Anoloji işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında, tərtib olunmuş qrafikə uyğun paytaxtın digər küçə və prospektlərində davam etdirilir.

Share