Bakı Slavyan Universitetinin tələbəsi Murad Hüseynli “Böyüklərimiz qoruyaq!” sosial aksiyasında fəal iştirak edir (FOTO)

Bakı Slavyan Universitetinin tələbəsi Murad Hüseynli “Böyüklərimiz qoruyaq!” sosial aksiyasında fəal iştirak edir (FOTO)

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakı Slavyan Universitetinin (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alan I tədris ili tələbəsi Murad Hüseynli xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin və “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin birgə təşəbbüsü ilə yaşı 65-dən yuxar olanı tənha vətəndaşlar üçün keçirilən“Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyada könüllü olaraq fəal iştirak edir.

BSU-dan Trend-ə verilən məlumata görə, yardım aksiyası çərçivəsində yaşı 65-dən yuxarı olan və xüsusi risk qrupuna aid edilən şəxslərə ərzaq məhsulları və dərman preparatları çatdırılır,eyni zamanda vətəndaşlara pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi qabaqlayıcı və preventiv tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolunmanın vacibliyi barədə məlumatlar verilir.

Murad Hüseynli, həmçinin DOST Agentliyinin “Könüllü dost” proqramında da fəal iştirak edir. Murad Hüseynli tələbə-gənclərə göstərilən xüsusi diqqət və qayğıya görə onların adından BSU-nun rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyevaya minnətdarlıq edir.

Share