Bakıda avtoyuma məntəqəsində çalışan şəxs qaçırdığı avtomobillə qəza törədib

Bakıda avtoyuma məntəqəsində çalışan şəxs qaçırdığı avtomobillə qəza törədib

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakıda avtoyuma məntəqəsində çalışan şəxs qaçırdığı avtomobillə qəza törədib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 20-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində yuyucu işləyən Astara rayon sakini M.Bağırov Bakı şəhər sakini T.Şamilova məxsus “Kia” markalı avtomobili qaçırmış və paytaxt sakini E.Abdullayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobilə vurub. E.Abdullayev xəstəxanaya yerləşdirilib. 

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bağırov saxlanılıb.

Araşdırma aparılır.

Share