Bakıda iki qardaş yaşadıqları evdə dayısı oğlu tərəfindən bıçaqlandı
05.01.2020Qaradağ rayonunda ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Ümid qəsəbəsində qeydə alınıb.
1981-ci il təvəllüdlü Həmidov Arif Sabir oğlu və onun qardaşı 1985-ci il təvəllüdlü Həmidov Təşəkkür Sabir oğlu yaşadıqları evdə qonaq olan dayısı oğlu ilə mübahisə ediblər. Nəticədə hər iki qardaş bıçaqlanıb.
Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, T.Həmidovun vəziyyəti ağırdır.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb. Hadisənin təfərrüatı araşdırılır.