Yenə də ölüm, yenə də qəza!
02.12.2019Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-kənar dairəvi yolun Yasamal rayonu ərazisində qeydə alınıb. Bakı sakini, 1952-ci il təvəllüdlü Əkbərov Fəxrəddin Heydər oğlu idarə etdiyi «Nissan» markalı, 90 NM 529 dövlət qeydiyyat nişanlı avtomaşını yol kənarında olan metal yolayırıcına vurub. O, xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır.