Bakıda polis narkotacirləri saxlayıb

Bakıda polis narkotacirləri saxlayıb

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.

APA-nın məlumatına görə, Suraxanı rayon Dövlət Yol Polisi, Post Patrul Xidməti və 30-cu Polis Bölməsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü C. Babayevin idarə etdiyi “Daevo” markalı avtomobildən 18,575 qram heroin, 2,374 qram metamfetamin aşkar edilib.

Bundan başqa, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa kənd sakini, 1973-cü il təvəllüdlü E. Əkbərovdan 0,250 qram heroin götürülüb.

Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri 1987-ci il təvəllüdlü R. Ələsgərov və 1994-cü il təvəllüdlü O. Səmədov saxlanılıb. R. Ələsgərov və O. Səmədovdan müvafiq olaraq 0,226 qram və 0,225 qram heroin götürülüb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Share