Bakıda polis postuna hücum edildi, yaralılar var

Bakıda polis postuna hücum edildi, yaralılar var

21.04.2020 Off By admin

Bakıda polis əməkdaşlarına hücum edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 19-da saat 22 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi “London Taxi” markalı avtomobillə orada xidmət aparan Nəsimi rayon Polis İdarəsinin əməkdaşı X.Allahverdiyevi və Daxili İşlər Nazirtliyinin Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub. Yaralılar Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdiriliblər.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.

“Hakimiyyət” qəzeti

Share