Bakıda tibb bacısı dəm qazından boğularaq ölüb

Bakıda tibb bacısı dəm qazından boğularaq ölüb

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakıda tibb bacısı dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Moskva prospekti ev 62, mənzil 19-da qeydə alınıb.

Həmin ünvanda yaşayan,  Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb bacısı işləyən, 1957-ci il təvəllüdlü Şəhla Həsənova dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Share