“Başqaları soyunduqca, Sevdayla Zülfiyyə geyindi…”

“Başqaları soyunduqca, Sevdayla Zülfiyyə geyindi…”

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Qadınlar kişilərdən daha güclüdürlər. Bunu inkar etmirəm”.

bu sözləri kulis.az-a müsahibəsində müğənni Akif İslamzadə deyib.

Sənətçi bir neçə ay öncə Əməkdar artisti Sevda Ələkbərzadənin mahnı oxuyarkən onun qarşısından diz çökməsi barədə danışıb:

“Sevda Ələkbərzadə orda “Laçın” mahnısı oxuyanda onun ifası o qədər mənə təsir elədi ki, mən haldan-hala düşdüm, gözlərim yaşardı. O, peşəkardır. Özü də fikir verin başqaları soyunduqca, o, Zülfiyyə xanım (Zülfiyyə Xanbabayeva – red.) geyindilər. Mənim repertuarımdan ən çox mahnı ifa edən Sevda xanım olub. Amma bu, o demək deyil ki, o, oxuyub məni təqlid edib. Yox. Mən ona qulaq asanda başa düşürəm, hiss edirəm ki, onun ifasında mənim təsirim var. Amma heç vaxt demərəm ki, Sevda xanım məni yamsılayır. Onun musiqiyə öz münasibəti var, mahnını öz süzgəcindən keçirə bilir. Belə adamlara elmli adam deyilir. Elm də vergi kimi bir şeydir. Tanrı bunu kiməsə verir, kiməsə yox. Xanəndə var ki, əlli il oxuyur, amma onun muğama dəxli olmur. Bizim muğamın alt qatı var. Həmişə demişəm ki, xanəndənin dərəcəsi, məqamı müğənnidən yüksəkdir. Amma mən ideal xanəndədən, müğənnidən danışıram. Elə xanəndə var ki, başqa bir müğənninin əlinə su tökməyə yaramaz. Ümumi götürəndə, ideal xanəndənin məqamı yüksəkdir. Çünki xanəndəlik başqa bir elmdir. Hər adam üçün də o qapı açılmır”.

Share