“Beşiktaş”ın qapıçı Lorius Karius “Liverpul”a qayıdacaq

“Beşiktaş”ın qapıçı Lorius Karius “Liverpul”a qayıdacaq

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyənin “Beşiktaş” klubunun almaniyalı qapıçısı Lorius Karius klub ilə müqaviləsini ləğv edərək məxsus olduğu “Liverpul”a qayıdacaq.

AZƏRTAC xəbər verir ki, Karius “Beşiktaş”da 2018-ci ildən icarə əsasında oynayıb. Qapıçı 2016-cı ildə Almaniyanın “Mainz” klubundan “Liverpul”a transfer olunub.

Yayılan məlumata görə, “Beşiktaş” futbolçuya tam əməkhaqqı verməyib. Klubdan oyunçuya olan borc 1,6 milyon avrodur. Müqaviləyə əsasən, qapıçı hər mövsüm 1,5 milyon avro almalı idi. Karius Beynəlxalq Futbol Federasiyasına (FIFA) şikayət edib, lakin borcun ödənilməsi planından məmnun olmadığından müqaviləni ləğv etmək hüququndan istifadə edib.

Qeyd edək ki, Karius “Beşiktaş”ın heyətində 67 oyun keçirib və 95 qol buraxıb.

Share