Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti vəzifəsindən kənarlaşdırılıb

23.01.2020 Выкл. Автор admin

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) prezidenti Tamaş Ayan vəzifəsindən kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, bunu Rusiya Ağırlıqqaldırma Federasiyasının prezidenti Maksim Aqapitov açıqlayıb.

O bildirib ki, T.Ayan tutduğu vəzifədən 90 gün müddətinə uzaqlaşdırılıb. Bu, İWF-dəki daxili araşdırmalarla bağlıdır.

ARD telekanalının lentə aldığı filmdə T.Ayan “korrupsiya mədəniyyəti” yaratmaqda və onilliklər boyu dopinqin nəticələrini saxtalaşdırmaqda ittiham olunub.

M.Aqatipov bu qərarı qurum başçısının özünün verdiyini qeyd edib: “Prezident özü 90 günlük kənarlaşdırıb. Qurumun İcraiyyə Komitəsi müvəqqəti prezident kimi ABŞ-dan olan Ursula Papandreanı təsdiqləyib. Araşdırma ilə bağlı xüsusi komissiya yaradılıb”.

Qeyd edək ki, 80 yaşlı T.Ayan 1970-ci ildən İWF-də çalışır və 2000-ci ildən təşkilatın prezidentidir.

Share