Birinci rübdə vergi orqanlarına müraciətlərin sayı azalıb

Birinci rübdə vergi orqanlarına müraciətlərin sayı azalıb

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Cari ilin birinci rübündə vergi orqanlarına 53 min 627 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 min 813 müraciət və ya 15,5 faiz azdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən -a bildirilib ki, müraciətlərin 49 min 437-si (92,2 faizi) ərizə, 3965-i (7,4 faizi) şikayət, 225-i (0,4 faizi) təklif olub, 24 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Baxılan 49 min 938 müraciətdən 81,5 faizi tam, 0,2 faizi qismən müsbət həll olunub.

Kameral vergi yoxlamaları ilə bağlı faktiki şikayətlərin sayı keçən ilin eyni ayları ilə müqayisədə 4,7 faiz (93) azalıb.

Yanvar-mart aylarında Dövlət Vergi Xidmətinin aparatına ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz az – 6474 müraciət daxil olub. Bunlardan 2740-ı (42,3 faizi) ərizə, 3518-i (54,3 faizi) şikayət, 216-sı (3,4 faizi) təklif olub, 24 müraciətin icrası xüsusi nəzarətə götürülüb.

Rüb ərzində vergi orqanlarına daxil olan bütün müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə icra edilib. Vergi orqanlarının aidiyyəti struktur bölmələrinin və vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 1847 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Dövlət Vergi Xidmətinin aparatında 273 vətəndaş qəbul edilərək müraciətlərinə baxılıb.

 

 

Share