BMT-nin daha 14 əməkdaşı koronavirusa yoluxub

BMT-nin daha 14 əməkdaşı koronavirusa yoluxub

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Cenevrədə BMT-nin 14 işçisi COVID-19 virusuna yoluxub.

APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın Cenevrə qərargahının rəsmi nümayəndəsi Alessandra Velluççi bildirib.

“20 aprel tarixində Cenevrədə 14 əməkdaşda koronavirus testi müsbət nəticələnib”, – o belə deyib.

Aprelin 14-də Velluççi jurnalistlərə verdiyi açıqlamasında dünyada ümumilikdə 189 BMT əməkdaşının virusa yoluxduğunu, üç nəfərinsə öldüyünü bildirmişdi.

Share