Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 15 mini ötüb

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 15 mini ötüb

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Böyük Britaniyada yeni növ koronavirusdan daha 888 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 15 mini ötüb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, son sutka ərzində koronavirusa daha 5,5 min nəfər yoluxub, yoluxanların ümumi sayı 114 mini ötüb: “Analiz götürülən 357 023 nəfərdən 114 217 nəfərdə koronavirus aşkarlanıb. Aprelin 17-si saat 17:00 üçün 15 464 nəfər koronavirusdan dünyasını dəyişib”.

Share