BŞTİ tərəfindən keçirilən müsabiqələr onlayn formada davam etdiriləcək (FOTO)

BŞTİ tərəfindən keçirilən müsabiqələr onlayn formada davam etdiriləcək (FOTO)

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Sevimli nəğmələr” uşaq mahnı və “Oxu və əylən!” müsabiqələri mövcud tibbi-profilaktik vəziyyət nəzərə alınaraq, onlayn şəkildə davam etdiriləcək.

BŞTİ-dən Trend-ə verilən məlumata görə, xüsusi istedada malik şagirdləri aşkara çıxarmaq, məktəblilər arasında ifa mədəniyyətini yüksəltmək, onları ictimaiyyətə tanıtmaq, mənəvi sərvətimiz olan uşaq mahnılarının şagirdlər tərəfindən dinlənilməsi və öyrənilməsinə dəstək vermək, ibtidai sinif şagirdlərinin müxtəlif müsabiqələrə cəlbini genişləndirmək, istedadlı və mütaliəyə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarını daha da inkişaf etdirmək məqsədilə keçirilən müsabiqələr BŞTİ-nin 20.02.2020-ci il tarixli F-72 və 21.02.2020-ci il tarixli F-75 nömrəli əmrlərinə əsasən təşkil olunub.

“Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsində iştirak etmək istəyən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-VIII sinif şagirdləri yalnız ev şəraitində Azərbaycan bəstəkarlarının uşaq mahnılarından birini ifa edə bilərlər. İştirakçılar telefon və ya evdə olan digər vasitələrlə səs yazısını qeydə alaraq, 2 may 2020-ci il tarixinədək sevimli.negmeler@gmail.com elektron poçt ünvanına və ya (+994 55) 750-15-63 “Whatsapp” nömrəsinə göndərə bilərlər. İştirakçılar səs yazısı ilə yanaşı, adı, soyadı, atasının adı, məktəb, sinif və ifa etdiyi mahnının adı haqqında məlumatları da müvafiq elektron poçt ünvanına və ya “Whatsapp” nömrəyə göndərməlidirlər.

“Sevimli nəğmələr” müsabiqəsi yalnız 1 kateqoriya – solo ifa kateqoriyası üzrə onlayn təşkil olunur. Xor kollektivi kateqoriyası üzrə müsabiqə isə təhsil müəssisələrində tədris prosesi bərpa olunduqdan sonra keçiriləcək.

İştirakçılara ifaçıların repertuarında daha az rast gəlinən Azərbaycan uşaq mahnılarına müraciət etmələri tövsiyə olunur.

Share