Bu gün şahmat üzrə onlayn superturnirdə üçüncü turun ilk qarşılaşmaları keçiriləcək

Bu gün şahmat üzrə onlayn superturnirdə üçüncü turun ilk qarşılaşmaları keçiriləcək

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirdə bu gün üçüncü turun ilk qarşılaşmaları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, qarşılaşmalarda M.Karlsen ABŞ şahmatçısı Fabiano Karuana, Birləşmiş Ştatların digər şahmatçısı Hikaru Nakamura isə FIDE bayrağı altında çıxış edən iranlı Əlirza Firuzca ilə mübarizə aparacaqlar.

Hazırda M.Karlsen və F. Karuana 5 xalla öndədirlər. H. Nakamura, fransalı Maksim Vaşe-Laqrav, çinli Liren Dinq 4 xala malikdirlər. Rusiyalı Yan Nepomnyaşinin 2 xalı var. Niderland təmsilçisi Aniş Giri və Ə.Firuzca hələ ki, xalsızdırlar.

Share