Bu il 340 şəxsin ölkəyə readmissiyası həyata keçirilib – Miqrasiya Xidməti

Bu il 340 şəxsin ölkəyə readmissiyası həyata keçirilib – Miqrasiya Xidməti

24.11.2021 Off By Füzuli İsmayılov

2021-ci il ərzində (17 noyabradək) 653 nəfər (övladları ilə birlikdə 678 nəfər) Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı müraciət edib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bütün müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılır.

Həmçinin, qeyd olunub ki, Azərbaycan Respublikası tərəfindən imzalanmış readmissiya sazişləri çərçivəsində 2021-ci ilin 10 ayı ərzində 340 şəxsin ölkəyə readmissiyası həyata keçirilib./Trend

 “HAKİMİYYET.com”

Share