Bu il “Brent” markalı neftin ortalama qiyməti 35 dollar olacaq

Bu il “Brent” markalı neftin ortalama qiyməti 35 dollar olacaq

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozuna görə, 2020-ci ildə “Brent” etalon markalı neftin bir barel üçün ortalama qiyməti 35 ABŞ dolları səviyyəsində olacaq.

Bu barədə APA-Economics” “Fitch Ratings” agentliyinə istinadən xəbər verir.

Agentliyin proqnozuna əsasən, 2021-ci ildə “Brent”in bir barel üçün ortalama qiyməti 45 dollar, 2022-ci ildə isə 53 dollar səviyyəsində olacaq.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri (Bakı vaxtı ilə saat 12:05-ə olan məlumat) 1,87% artaraq 1 barelə görə 28,34 dollar təşkil edib.

Share