
Cəlilabadda ağır yol qəzası-YARALILAR var
07.04.2021Bu gün günorta saatlarında Cəlilabad şəhərinin mərkəzi yolunda — Heydər Əliyev prospektində ağır avtomobil qəzası baş verib. İki «mersedes-C» markalı minik avtomobili toqquşaraq ağır qəza törədib. Qəza zamanı qara rəngli «mersedes-C» markalı maşında tək olan sürücü və digər gümüşü rəngdə olan «mersedes-C» markalı 90-TR-943 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və sərnişinləri-ailə üzvləri, azyaşlı uşaqlar ağır xəsarət alıb. Hadisə yerinə dərhal Cəlilabad Yol Polisi, polis əməkdaşları və FHN-nin xüsusi riskli əməliyyat qrupu gələrək deformasiyaya uğramış avtomobillərdən yaralıları çıxardaraq sakinlərlə birlikdə təcili yardım maşınlarıyla rayon xəstəxanasına yerləşdirmişlər.
İlkin olaraq hadisəyə səbəb qara rəngli «mersedes-C» markalı avtomobilin ötmə əməliyyatı zamanı hərəkət zolağını pozaraq qarşıdakı avtomobilin yoluna çıxaraq qəzanın baş verməsinə səbəb olmasıdır.
Rəşad Əkbəroğlu,
«Hakimiyyet.com» bölgə müxbiri