Çətin günlərdə bütün qüvvələri səfərbər edərək ölkəmizi qoruduğunuza görə çox sağ olun, Azərbaycan Sizinlə yenilməzdir! – Türkiyədə yaşayan azərbaycanlı Prezident İlham Əliyevə təşəkkür edib

Çətin günlərdə bütün qüvvələri səfərbər edərək ölkəmizi qoruduğunuza görə çox sağ olun, Azərbaycan Sizinlə yenilməzdir! – Türkiyədə yaşayan azərbaycanlı Prezident İlham Əliyevə təşəkkür edib

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Çətin günlərdə bütün qüvvələri səfərbər edərək ölkəmizi qoruduğunuza görə çox sağ olun, Azərbaycan Sizinlə yenilməzdir.

Trend Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Türkiyənin Adana şəhərində yaşayan Vüsalə Abdulovanın Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.

Vüsalə Abdulovanın məktubunda qeyd edilir:

“Möhtərəm cənab Prezident.

Mən Türkiyənin Adana şəhərində yaşayıram. Hemofiliya xəstəliyindən və autizm sindromundan əziyyət çəkən 14 yaşlı oğlum – Allahverdi Salmanov evdə pilləkənlərdən yıxılmış və aldığı zərbədən beyninə qan sızmışdı.

Share