“Caspian European Club”un ilk ümumi onlayn iclası keçirilib

“Caspian European Club”un ilk ümumi onlayn iclası keçirilib

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Caspian European Club”un üzv şirkətlərinin top-menecerlərinin 2020-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş ilk ümumi onlayn iclası təşkil edilib.

Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“Caspian European Club”un birinci ümumi onlayn toplantısının bütün iştirakçıları Prezident İlham Əliyevin tapşırığına əsasən biznes subyektlərinin fəaliyyətini dəstəkləyən və stimullaşdıran proqram hazırlamış iqtisadi bloku təmsil edən hökumət üzvlərinin fəal rolunu qeyd ediblər. Həmçinin Azərbaycanın Baş Naziri Əli Əsədovun rəhbərliyi ilə Operativ Qərargahın koronavirus pandemiyası ilə mübarizə üzrə işi yüksək qiymətləndirilib”, – deyə T.Əliyev söyləyib.

T.Əliyevin sözlərinə görə, “Caspian European Club”un ilk ümumi onlayn iclasında iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən şirkətlərin top-menecerləri koronavirus COVID-19 pandemiyası dövründə qarşılaşdıqları problemlərlə bölüşüb, həmçinin onların aradan qaldırılması ilə bağlı öz təkliflərini irəli sürüblər. Bu təkliflərin dövlət qurumlarının nümayəndələrinə çatdırılması prosesinin sürətləndirilməsi çərçivəsində B2G və B2B forumlarının onlayn formatda təşkilini bərpa etmək və dövlət qurumlarının nümayəndələrini iştirak üçün dəvət etmək qərarı qəbul edilib. Həmçinin “Online CEO Forum” seriyasının davam etdirilməsi qərara alınıb. Bu tədbir çərçivəsində şirkətlər öz fəaliyyətləri, məhsul və xidmətləri barədə danışa, eyni zamanda, koronavirus COVID-19 pandemiyası dövründəki cari vəziyyət barədə məlumat verə bilərlər. Toplantıda iqtisadiyyatın müxtəlif sektorlarının nümayəndələri üçün canlı yayım və vebinar formatında “Online Business Traning” in təşkilinin zəruriliyi vurğulanıb.

Onlayn iclasda əsas diqqət Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xeyriyyəçiliklə bağlı çağırışlarını dəstəkləməyə yönəldilib. “Caspian European Club”un üzv şirkətlərinin top-menecerləri öz xeyriyyəçilik fəaliyyətləri barədə danışıblar. Bu tədbirlər çərçivəsində ehtiyacı olanlara, əhalinin sosial müdafiəsiz həssas təbəqəsinə, həmçinin evlərini tərk etməmələri tövsiyə edilmiş yaşlılara yardım edilir.

Yaxın vaxtda Caspian European Club-un yeni tərkibli idarə heyətinin ilk toplantısı keçiriləcək. İclas çərçivəsində “Caspian European Club”un Gürcüstan, Qazaxıstan, eyni zamanda, ofis və daimi nümayəndəliklərin olduğu digər ölkələrdəki beynəlxalq onlayn layihələrin müzakirəsi planlaşdırılır.

Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Klubun əsas məqsədi Azərbaycanda və “Caspian European Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaqdan, həmçinin B2G, B2B və B2C formatlarında dialoqun stimullaşdırılmasından və fəal iştirakdan ibarətdir. “Caspian European Club”un mənzil-qərargahı Bakıda yerləşir. Klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

Share