Cavad Zərif sabah Suriyaya gedəcək

Cavad Zərif sabah Suriyaya gedəcək

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi bu gün İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin bazar ertəsi Suriyaya səfər edəcəyini söyləyib.

APA “İRNA”ya istinadən bildirir ki, Musavi, İranın Xarici İşlər Nazirinin bir günlük səfəri çərçivəsində Suriyalı həmkarı Vəlid əl-Muall və Prezident Bəşər Əsədlə görüşəcəyini deyib.

Onun sözlərinə görə, tərəflər ikitərəfli münasibətləri, regional hadisələri, Suriyanın  terrorizmlə mübarizəsini və son hadisələri müzakirə edəcəklər.

Qeyd edək ki, Zərif sonuncu dəfə mart ayında Suriyada olub. Bu ilin yanvar ayında isə xarici işlər naziri və Suriyanın müdafiə naziri Tehranda görüşüb.

Share