Çempionlar Liqası: 1/8 finalın daha 4 iştirakçısı müəyyənləşib
11.12.2019Çempionlar Liqasında qrup mərhələsinin VI turunun ilk oyun günü başa çatıb.
Apasport.az saytının məlumatına görə, matçları daha tez keçirilən E qrupunun ardından F, G və H qruplarında da mübarizəyə yekun vurulub.
Son 6 qarşılaşmadan sonra 1/8 finala vəsiqə qazanan daha 4 komanda müəyyənləşib. Dortmund “Borussiya”sı, “Lion”, “Çelsi” və “Valensiya” mübarizəni davam etdirmək hüququ qazanıb. “İnter”, “Ayaks” və “Benfika” isə Avropa Liqasına – 1/16 final mərhələsinə yollanıb.
Qeyd edək ki, buna qədər “Barselona”, “Leypsiq”, PSJ, “Real”, “Bavariya”, “Tottenhem”, “Yuventus”, “Mançester Siti”, “Liverpul” və “Napoli” 1/8 finala yüksəlib.
Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
10 dekabr
F qrupu
00:00. “Borussiya” (D, Almaniya) — “Slaviya” (Çexiya) – 2:1
Sanço, 10, Brandt, 61 – Souçek, 43
00:00. “İnter” (İtaliya) — “Barselona” (İspaniya) – 1:2
Lukaku, 44 – Peres, 23, Fati, 87
1 | Barselona | 6 | 4 | 2 | 0 | 9-4 | 14 |
2 | Borussiya D | 6 | 3 | 1 | 2 | 8-8 | 10 |
3 | İnter | 6 | 2 | 1 | 3 | 10-9 | 7 |
4 | Slaviya | 6 | 0 | 2 | 4 | 4-10 | 2 |
G qrupu
00:00. “Lion” (Fransa) — “Leypsiq” (Almaniya) – 2:2
Aouar, 50, Depay, 82 — Forsberq, 9 (pen.), Verner, 33 (pen.)
00:00. “Benfika” (Portuqaliya) — “Zenit” (Rusiya) – 3:0
Çervi, 47, Pizzi, 58 (pen.), Azmun, 79 (avtoqol)
1 | Leypsiq | 6 | 3 | 2 | 1 | 10-8 | 11 |
2 | Lion | 6 | 2 | 2 | 2 | 9-8 | 8 |
3 | Benfika | 6 | 2 | 1 | 3 | 10-11 | 7 |
4 | Zenit | 6 | 2 | 1 | 3 | 7-9 | 7 |
H qrupu
00:00. “Çelsi” (İngiltərə) – “Lill” (Fransa) – 2:1
Abraham, 19, Aspilikueta, 35 – Remi, 78
00:00. “Ayaks” (Niderland) – “Valensiya” (İspaniya) – 0:1
Rodriqo, 24
1 | Valensiya | 6 | 3 | 2 | 2 | 8-7 | 11 |
2 | Çelsi | 6 | 3 | 2 | 1 | 11-9 | 11 |
3 | Ayaks | 6 | 3 | 1 | 2 | 12-6 | 10 |
4 | Lill | 6 | 0 | 1 | 5 | 4-13 | 1 |