Çempionlar Liqası: «Zenit» qalib gəlib, «Çelsi» xal itirib
28.11.2019Çempionlar Liqasında V turun ikinci oyun günü başlayıb.
Apasport.az saytının məlumatına görə, turun ikinci gününün iki qarşılaşması başa çatıb.
G qrupunda “Zenit” “Lion”u qəbul edib. Qələbə qazanan Rusiya klubu xal hesabında fransalılara çatıb və şəxsi oyunlardakı üstünlüyə görə 2-ci sıraya yüksəlib.
H qrupunda “Valensiya” öz meydanında “Çelsi”ni qəbul edib. Məhsuldar keçən görüşdə qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, tura saat 00:00-da başlayacaq 6 matçla yekun vurulacaq.
Çempionlar Liqası
Qrup mərhələsi
V tur
27 noyabr
G qrupu
21:55. “Zenit” (Rusiya) — “Lion” (Fransa) – 2:0
Dzyuba, 42, Ozdoyev, 84
1 | Leypsiq | 4 | 3 | 0 | 1 | 6-4 | 9 |
2 | Zenit | 5 | 2 | 1 | 2 | 7-6 | 7 |
3 | Lion | 5 | 2 | 1 | 2 | 7-6 | 7 |
4 | Benfika | 4 | 1 | 0 | 3 | 5-9 | 3 |
H qrupu
21:55. “Valensiya” (İspaniya) — “Çelsi” (İngiltərə) – 2:2
Soler, 40, Vass, 82 – Kovaçiç, 41, Pulişiç, 50
1 | Valensiya | 5 | 2 | 2 | 2 | 7-7 | 8 |
2 | Çelsi | 5 | 2 | 2 | 1 | 9-8 | 8 |
3 | Ayaks | 4 | 2 | 1 | 1 | 10-5 | 7 |
4 | Lill | 4 | 0 | 1 | 3 | 3-9 | 1 |