Cennifer həmkarlarının aksiyasına qoşuldu

Cennifer həmkarlarının aksiyasına qoşuldu

23.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Koronavirus pandemiyasına görə Hollivud ulduzları Leonardo Di Kaprio və Robert De Nironun başlatdıqları aksiyaya dünyaca məşhur aktrisa Cennifer Eniston da qoşulub.

aktrisa bu barədə sosial şəbəkədə məlumat verib.

O qeyd edib ki, “AllinChallenge” internet portalı vasitəsi ilə ehtiyacı olan ailələrə ən çox ianə göndərən şəxs 5 dostu ilə birlikdə özünün də rol aldığı “Dostlar” serialında çəkiləcək.

Qeyd edək ki, daha əvvəl aktyorlar Leonardo Di Kaprio və Robert De Niro ən çox ianə göndərən şəxsin aktyorlarla birlikdə Martin Skorsezenin “Çiçəkli ayın qatilləri” filmində epizodik rolda çəkiləcəyini bildirmişdilər.

Share