Çində koronavirus yeni yoluxma halları qeydə alınıb

Çində koronavirus yeni yoluxma halları qeydə alınıb

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Çində ötən sutka ərzində yeni növ koronavirusa 16 yoluxma halı qeydə alınıb.

Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.

Bildirilir ki, yoluxma hallarından 9-u xarici ölkələrdən qayıdan vətəndaşlarda, 7-si isə ölkə daxilində qeydə alınıb.

Qeyd edilir ki, son sutka ərzində koronavirusdan ölən olmayıb.

Xatırladaq ki, Çində yeni növ koronavirusa ümumilikdə 82 735 yoluxma halı və 4 632 ölüm halı qeydə alınıb. Hazırda xəstəxanalarda 1 041 nəfər müalicə alır, 85 nəfərin vəziyyəti ağırdır.

Share