Çində pandemiyanın ilk ocağı aşağı riskli region elan edildi

Çində pandemiyanın ilk ocağı aşağı riskli region elan edildi

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Pandemiyanın ilk ocağı sayılan Çinin Hubey əyaləti epidemioloji təhlükənin aşağı səviyyədə olduğu region elan edilib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Gigiyena və Səhiyyə məsələri üzrə yerli Komitədən bildiriblər.

Məlumata əsasən, əyalətə bu status Uhan şəhərində vəziyyət stabilləşdikdən sonra verilib. Hazırda Hubey əyalətinin bütün 76 şəhəri və rayonu yaşıl rənglə qeyd edilib, bu isə regionun tam təhlükəsiz olduğunu göstərir.

Bildirilir ki, Hubey əyalətinin artıq Çinin digər əyalətləri ilə nəqliyyat əlaqəsi bərpa edilib. Hakimiyyətin dəstəyi ilə regionda iqtisadi vəziyyət də bərpa olunur.

Qeyd edilir ki, regionda koronavirus infeksiyasına yoluxma ehtimalı hazırda çox azdır.

Share