Çinli şahmatçı onlayn superturnirdə liderliyi ələ alıb

Çinli şahmatçı onlayn superturnirdə liderliyi ələ alıb

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Aprelin 18-də hazırki dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə start götürmüş onlayn superturnirin birinci gününün oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, birinci gün Maqnus Karlsen və amerikalı şahmatçı Hikaru Nakamura qarşılaşması heç-heçə başa çatdığından oyunun taleyini “armagedon” həll edib. M.Karlsen bu mərhələdə amerikalı şahmatçıdan üstün olub (3:2). Çinli Liren Dinq ilə FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca qarşılaşması isə L.Dinqin qələbəsi ilə başa çatıb (2,5:1,5).

Yekun nəticəyə görə L.Dinq 3 xalla turnir cədvəlində birincidir. M.Karlsenin 2, H.Nakamuranın 1 xalı var. Ə.Firuzcanın isə hələlik xalı yoxdur.

Turnirin mükafat fondu 250 min dollardır.

Share