“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

“Dərs vaxtı”nın sabaha olan cədvəli açıqlanıb

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 22-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da Fiziki tərbiyə; 10:15-də XI sinif üçün – Biologiya, Kimya, İngilis dili, Ümumi tarix, Coğrafiya; 11:05-də X sinif üçün – Biologiya, Kimya, İngilis dili,Coğrafiya; 12:00-da  IX sinif üçün – Biologiya, Kimya, İngilis dili,Coğrafiya; 12:40-da V sinif üçün – İngilis dili, Riyaziyyat, Azərbaycan dili, Təsviri incəsənət; 13:30-da II sinif  üçün Azərbaycan dili, Riyaziyyat, Musiqi, 14:00-da I sinif üçün – Azərbaycan dili, Riyaziyyat, Musiqi dərsləri olacaq.

Rus dili bölməsi üçün 14:25-də II sinif üçün – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:45-də VIII sinif üçün – Rus dili, Riyaziyyat,  Fizika; 15:25-də X sinif üçün – Rus dili, Biologiya, Fizika; 16:05-də XI sinif şagirdlərinə Kimya, Biologiya, Coğrafiya dərsləri olacaq. 

 

Share