Deputat: Azərbaycan pandemiyaya çevik reaksiya verən ölkələrdəndir

Deputat: Azərbaycan pandemiyaya çevik reaksiya verən ölkələrdəndir

17.04.2020 Off By admin

Koronavirus həm dünya, həm də iqtisadiyyat üçün gözlənilməz xarici amil oldu. Praktik olaraq bu, qlobal iqtisadiyyatda şok effektinə malik bir pandemiyadır.

Bu sözləri  Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O, bildirib ki, ilkin qiymətləndirmələrə görə, pandemiyanın qlobal iqtisadiyyata mənfi təsirləri 3 trilyon dollardan çoxdur. Azərbaycan üçün də pandemiyanın iqtisadiyyatın fərqli sektorlarında təsirləri var. Təbii ki, Azərbaycan pandemiyaya çevik reaksiya verən və onun təsirlərini minimumlaşdırmaqla bağlı təcili qərar verən ölkələrdəndir. Bununla yanaşı, pandemiyanın nə qədər davam edəcəyini də proqnozlaşdırmaq mümkün deyil. Hətta postpandemiya dövrü ilə bağlı qlobal səviyyədə fərqli proqnozlar var. Pandemiyanın müddəti ilə bağlı fərqli proqnozlar olduğuna görə, çevik qərarlar verilir. Qərarlar pandemiyanın müddətinə, regionda qlobal yayılma coğrafiyasına uyğun dəyişir. Bu baxımdan Azərbaycanda da həm pandemiyanın təsirlərinin minimumlaşdırılması, karantin dövrü ilə bağlı qərarlar məhz koronavirusun yayılma miqyası və coğrafiyası ilə bağlı olacaq. Nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə də karantinlə bağlı qaydalar və müddətlər mütəmadi dəyişdirilir və uzadılır. Bu da birbaşa onunla bağlıdır ki, pandemiyanın təsirlərinin proqnozlaşdırmaq mümkün deyil. Bu baxımdan Azərbaycan hökuməti də növbəti mərhələdə pandemiyanın yayılma dairəsinə uyğun olaraq çevik qərarlar verməkdə davam edəcək.

“Hakimiyyət” qəzeti

Share