Dillər Universitetinin Konfutsi İnstitutu elektron layihə hazırlayıb

Dillər Universitetinin Konfutsi İnstitutu elektron layihə hazırlayıb

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycan-Çin arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümünə həsr olunmuş “Bir kəmər, bir yol”- Azərbaycan və Çin dostluq və əməkdaşlığının parlaq davamıdır” adlı elektron layihə hazırlayıb (https://adu.edu.az/az/xeberler/xeberler/208.html).

ADU-dan Trend-ə bildirilib ki, layihənin informasiya bazasında Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan və Çin arasındakı çoxşaxəlli əməkdaşlıq və dostluq əlaqələrinin inkişaf istiqamətlərində fəaliyyətini əks etdirən elektron kitablar təqdim olunub. ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, institutda Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması, eləcə də Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsinə və Prezident İlham Əliyevin çoxtərəfli Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş elmi-tələbə seminarları keçirilir.

Rafiq Abbasov həmçinin qeyd edib ki, ADU-nun Konfutsi İnstitutunun tərəfdaşı olan Çinin Xuçjou Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfransın seksiya iclası keçirilmişdir. R. Abbasov elektron məlumat bazasının istifadəçilər üçün olduqca böyük əhəmiyyət kəsb edəcəyinə, geniş istifadəçi kütləsinin Azərbaycan-Çin əlaqələrinin inkişafı istiqaməti ilə bağlı müxtəlif vəsaitlərlə yaxından tanış olmasına, bu resurslardan rahat istifadə etməsinə imkan yaradacağına əminliyini vurğulayıb.

Share