Dövlətdən pul almaq istəyənlərə ŞAD XƏBƏR — Prezident göstəriş verdi

23.01.2020 Выкл. Автор admin

«Ünvanlı sosial yardım proqramı genişləndiriləcək».

Oxu24.com  xəbər verir ki, bu sözləri İctimai TV-də yayımlanan «Sabahın Xeyir Azərbaycan» verilişində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) nümayəndəsi Nuranə Həsənova deyib.

ƏƏSMN rəsmisi bildirib ki, qanunvericilik aktlarında bir sıra dəyişikliklər hazırlanıb və hökumətə təqdim edilib:

«Əvvəllər müraciət edərkən ailənin krediti gəlir kimi göstərilirdi. Artıq bu hal nəzərə alınmayacaq. Digər bir dəyişiklik isə ailə tərkibi ilə bağlıdır. Əvəllər ailə tərkibi dəyişəndə bu, sosial müavinətin dayandırılmasına səbəb olurdu. Artıq bu hal da aradan qaldırılacaq.

Qeyd edək ki, prezident İlham Əliyev bir müddət öncə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ünvanlı sosial yardımla bağlı göstəriş vermişdi və bildirmişdi ki, yardımı alan ailələrin sayı artırılsın və meyarlara da yenidən baxılsın.

 

 

Share