Dünya İdman Jurnalistləri İttifaqı idman jurnalistləri arasında müsabiqə elan edib

Dünya İdman Jurnalistləri İttifaqı idman jurnalistləri arasında müsabiqə elan edib

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Dünya İdman Jurnalistləri İttifaqı (AİPS) “AIPS Sport Media Awards” mükafatı uğrunda idman jurnalistləri arasında müsabiqə elan edir.

Azərbaycan İdman Jurnalistləri Federasiyasından (AİJF) AZƏRTAC-a verilən məlumata görə, müsabiqə ən yaxşı məqalə, foto, video, audio və jurnalist bloq yazıları üzrə keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər www.aipsawards.com saytında qeydiyyatdan keçərək materialları təşkilatçılara göndərə bilərlər. Materiallar 2020-ci il oktyabrın 7-dək təqdim edilməlidir.

Hər kateqoriya üzrə ilk 3 yerə layiq görülənlərə müvafiq olaraq 8000, 3000 və 2000 ABŞ dolları mükafat təqdim ediləcək.

Share