Dünyada koronavirusa yoluxanların sayı gündə 83 minə yaxın artıb

Dünyada koronavirusa yoluxanların sayı gündə 83 minə yaxın artıb

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Dünyada koronavirusa yoluxanları sayı son sutkada 83 min nəfərə yaxın artdı ki, bu da əvvəlki gündən 6 min çoxdur. Təsdiq edilmiş olüm hallarının sayı 8 mindən çox artdı ki, bu da bir gün əvvəlkindən daha çoxdur.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik bülletenində bildirilib.

Bildirilib ki, dünyada 2 074 579 yoluxma və 139 378 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 82 967, ölənlərin sayı isə 8 493 nəfər artıb. Ən çox yoluxma və ölüm halları Avropadadır: müvafiq olaraq 1 050 871 və 93 480 hal. Sutkada orada yoluxanların sayı 37 778, ölüm halları isə 4 163 nəfər artıb.

Şimali və Cənubi Amerikada ümumilikdə 743 607 nəfər koronavirusa yoluxub, 33,028 nəfər ölüb. Sutka ərzində yoluxanların sayına görə (36,486 nəfər), bu bölgə Avropadan aşağı pillədədir, son 24 saat ərzində orada 2783 ölüm halı qeydə alınıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 127 595 yoluxma və 5 558 ölüm halı qeydə alınıb.

Share