Dünyada koronavirusdan ölənlərin sayı 160 mini ötüb

Dünyada koronavirusdan ölənlərin sayı 160 mini ötüb

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Aprelin 19-u saat 06:00 üçün dünyada yeni növ koronavirusdan ölənlərin sayı 160 518 nəfərə çatıb.

Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Con Hopkins Universitetinin hesabatında deyilir.

Məlumata əsasən, dünyada koronavirusa ümumilikdə 2 328 124 yoluxma halı qeydə alınıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da – 734 552 (38 835 ölüm halı), İspaniyada – 194 416 (20 639 ölüm halı), İtaliyada – 175 925 (23 227 ölüm halı), Fransada – 152 978 (19 323 ölüm halı), Almaniyada – 143 724 (4 538 ölüm halı), Böyük Britaniyada – 115 314 (15 464 ölüm halı) qeydə alınıb.

Share