Dünyada neft tələbatı 1995-ci il səviyyəsinə enib

Dünyada neft tələbatı 1995-ci il səviyyəsinə enib

15.04.2020 Off By admin

Bakı, 15 aprel,

Aprel ayında qlobal neft tələbatı illik əmsalda sutkalıq 29 milyon barrel azalacaq.

xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Energetika Agentliyinin aprel ayı üzrə hesabatında yer alıb. Analitiklərin sözlərinə görə, dünyada neft tələbatının bu səviyyəsi son dəfə 1995-ci ildə müşahidə edilmişdi.

Hesabatda, həmçinin qeyd olunur ki, aprel ayında neft tələbatı sutkada 70,4 milyon barrel, il ərzində isə sutkada 90,6 milyon barrel təşkil edəcək. “May ayında neft tələbatı sutkada 26 milyon barrel azalacaq. İyun ayında tədricən bərpa olunacaq və çox güman ki, bir qədər artacaq, lakin yenə də ötən illə müqayisədə sutkalıq 15 milyon barrel az olacaq”, – deyə sənəddə bildirilir.

Agentliyin proqnozuna görə, ilin nəticələrinə əsasən, bu, tarixdə neftə tələbatın ən böyük azalması olacaq və 2019-cu illə müqayisədə azalma sutkada 9,3 milyon barrel təşkil edəcək.

Beynəlxalq Energetika Agentliyi qeyd edir ki, OPEC+ sazişi dünyada neft tələbatını kompensasiya edə bilməsə də, ilin ikinci yarısında ehtiyatların azalmasına səbəb ola bilər.

Agentliyin proqnozu dərc edildikdən sonra hərraclarda neft qiymətlərinin ucuzlaşması sürətlənib. Bu gün günorta saatlarında Şimali Amerikanın “Brent” markalı neft qarışığının iyun fyuçersinin qiyməti 4,26 faiz ucuzlaşaraq 28,36 dollara enib.

Share