“Euractiv” Fondu Heydər Əliyev Mərkəzinin pandemiyadan əziyyət çəkən ölkələrə dəstəyi ilə bağlı video çarx yayımlayıb

“Euractiv” Fondu Heydər Əliyev Mərkəzinin pandemiyadan əziyyət çəkən ölkələrə dəstəyi ilə bağlı video çarx yayımlayıb

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Belçikada qeydiyyatdan keçən aparıcı media şirkəti “Euractiv” Fondunun internet səhifəsində Azərbaycanın dünyaca məşhur Heydər Əliyev Mərkəzinin binası üzərində, hazırda COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Avropa ölkələri və Avropa İttifaqı ilə həmrəylik rəmzi olaraq İtaliya, İspaniya, Fransa, Almaniya və Avropa İttifaqının bayraqlarının müvafiq ölkələrin musiqisinin müşayiəti altında işıqlandırılmasını əks etdirən video çarx yayımlanır.

Bu barədə Trend-ə “Euractiv” Fondundan məlumat verilib.

Avropa İttifaqı qərarvericiləri (decision makers), ictimai rəy formalaşdıranlar və Avropa İttifaqı institutları arasında ən geniş oxucu kütləsinə malik olan, nüfuzlu “EurActiv” xəbər portalında bu video çarx bir həftə boyunca nümayiş olunacaq.

Share