FHN: Bakıda liftdə köməksiz vəziyyətdə qalan 8 nəfər çıxarılıb

27.12.2019 Выкл. Автор admin

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) «112» qaynar telefon xəttinə Bakı şəhərinin Nizami, Suraxanı, Səbail, Xətai və Yasamal rayonları üzrə ayrı-ayrı ünvanlarda liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 6 müraciət daxil olub.

APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 8 nəfərin liftdən çıxarılması təmin edilib.

Share