FIFA20 Milli Liqası davam edir

FIFA20 Milli Liqası davam edir

22.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə keçirilən FIFA20 Milli Liqasının 4 turu arxada qalıb.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, 4 turdan sonra Cavid Murtuzayevin təmsil etdiyi “Kalbacar Wolves” komandası yüz faizlik nəticə toplayaraq 12 xalla turnir cədvəlinin lideridir. Eyni xala malik, Cavid Qurbanovun təmsil etdiyi “Nakhchivan Alinja Tower” kollektivi 2-ci sırada qərarlaşıb. İlk üçlüyü isə aktivində 9 xal olan və İbrahim Kərimovun başçılıq etdiyi “Gobustan Stones” komandası tamamlayır.

Ümumi mükafat fondu 17 min manat olan liqanın növbəti turlarına aprelin 23-dən start veriləcək.

Share