Formula 1: Barselonada yürüşləri tamaşaçısız keçirməyə hazırdırlar

Formula 1: Barselonada yürüşləri tamaşaçısız keçirməyə hazırdırlar

21.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Mayın 10-da keçirilməsi nəzərdə tutulmuş İspaniya Qran-Prisi təxirə salınıb, amma Barselona avtodromunun sahibləri Formula 1 yarışlarının yeni təqviminə uyğunlaşmağa və yürüşləri tamaşaçısız keçirməyə hazırdırlar.

AZƏRTAC xəbər verir ki, “Circuit de Barcelona-Catalunya” trasının direktoru Xoan Fontsere deyib: “Biz müxtəlif variantları müzakirə etdik. İndi iki ssenari – mövsümün yayda və ya sentyabrda başlanması variantları üzərində iş gedir. Bizdən soruşdular ki, mərhələni yayda, bağlı qapılar arxasında keçirməyə hazırıqmı? Biz müsbət cavab verdik.

Bu, bir tərəfdən – yarışları cari ildə qəbul etməyə, digər tərəfdən – 2021-ci ildə Qran-Pri haqqında danışıqlar zamanı (Barselonanın 2021-ci il üçün müqaviləsi yoxdur) özümüzü daha inamlı aparmağa imkan verəcək. Tam hazırlaşmaq üçün bizə iki-üç həftə lazım olacaq, axı bizim stasionar trasımız var, həm də bilet satmaq lazım deyildir.

Əgər yarışlar bağlı qapılar arxasında keçirilsə, promouter biletlərin satışından pul almayacaq, ona görə Formula 1 ilə qüvvədə olan müqavilə işləməyəcək. Hələlik bütün detalları bizə bildirməyiblər, amma görünür ki, bu dəfə şərtlər fərqli olacaq.

Share