Fransada koronavirusdan ölənlərin sayı 20 mini ötüb

Fransada koronavirusdan ölənlərin sayı 20 mini ötüb

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Fransada yeni növ koronavirusdan ötən sutka ərzində 547 nəfər ölüb.

Trendin “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Baş Səhiyyə İdarəsinin rəhbəri Jerom Salomon deyib.

J.Salomon bildirib: “Ölkədə koronavirusdan ölənlərin sayı 20 min nəfəri ötüb. Hazırda Fransada koronavirusdan ölənlərin sayı 20 255 nəfər təşkil edir”.

O əlavə edib ki, 12 513 ölüm halı xəstəxanalarda, 7 752 ölüm halı isə sosial və tibb müəssisələrində qeydə alınıb.

Share